Bu gündən Bakıya istilik veriləcək

Bu gündən Bakıya istilik veriləcək

Hazırda oxunan: Bu gündən Bakıya istilik veriləcək

2682

Bu gündən Bakı üzrə istiliyin verilməsinə başlanılır.

Bizim.Media-nın məlumatına görə artıq qazanxanaların mərhələli şəkildə qrafikə uyğun işə salınmasına başlanılıb.

2020-2021-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planıına uyğun olaraq, istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.

Belə ki, istilik mövsümünə respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən, Bakı şəhərində noyabrın 15-dən başlanılır.

Mövsüm ərzində cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə, 3870 yaşayış binası, o cümlədən, 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1950 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO