Ramin Şükürov həbsdən AZAD EDİLDİ

Ramin Şükürov həbsdən AZAD EDİLDİ

Hazırda oxunan: Ramin Şükürov həbsdən AZAD EDİLDİ
268148
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin külli miqdarda rüşvət ittihamı ilə həbs edilən sabiq rəisi Ramin Şükürov ev dustaqlığına buraxılıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi belə qərar qəbul edib.
 

4 ay əvvəl təqsirləndirilən polkovnik-leytenant barəsində həbs qətimkan tədbiri seçən hakim Fikrət Əliyev bu gün həmin qərarını dəyişib. Ramin Şükürov məhkəmə zalında həbsdən azad edilərək ev dustaqlığına buraxılıb.


Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub.

Ramin Şükürov haqda ilk vaxtlar işçiləri ilə birgə ev dustaqlığı qətimkan tədbiri seçilsə də sonradan prokurorun təkrar təqdimatı əsasında həbs edilmişdi.

Zabitlərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO