Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Naxçıvana gedib - FOTO

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Naxçıvana gedib - FOTO

Hazırda oxunan: Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Naxçıvana gedib - FOTO
267856
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, qonağı qədim diyar Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə edən səlahiyyətli nümayəndə bildirib ki, Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası ölkənin əsas hissəsindən ayrı düşüb və quru nəqliyyat əlaqələri kəsilib.

Ötən illər ərzində işğal altında qalmış ərazilərdəki mövcud nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolu sistemi dağıdılıb. Bu baxımdan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində əldə edilmiş nəticələr bölgə üçün mühüm gələcək vəd edir.

Fuad Nəcəfli zəngin təbii resurslara malik olan Naxçıvanda alternativ enerji, logistika və turizm sektorlarında mühüm layihələrin icra olunduğunu diqqətə çatdıraraq müxtəlif sahələrdə böyük investisiya perspektivlərinin olduğunu vurğulayıb.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Vaşinqtonda Ermənistanla münasibətlərin normallaşdırılması, sülh gündəliyi ilə bağlı əldə edilmiş mühüm nəticələri yüksək qiymətləndirib. O, Naxçıvanın Avropa və Asiyanı birləşdirəcək mühüm strateji mövqeyinə toxunaraq bu perspektivdə geniş logistik-nəqliyyat layihələrinin icrasının region üçün strateji əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə Avropa İttifaqının regional bağlantılara, habelə nəqliyyat dəhlizinin həyata keçirilməsi prosesinə dəstək verməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Naxçıvana gedib - FOTO - foto 1
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Naxçıvana gedib - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO