Azərbaycanda İLK - Şəkidə şəhidlərlə bağlı MUZEY YARADILIR

Azərbaycanda İLK - Şəkidə şəhidlərlə bağlı MUZEY YARADILIR

Hazırda oxunan: Azərbaycanda İLK - Şəkidə şəhidlərlə bağlı MUZEY YARADILIR
267783
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəkidən olan bütün şəhidlər haqqında məlumatların toplanacağı “Şöhrət Zalı” adlı muzeyin tərtibatı istiqamətində iş aparılır.

Bizim.Media-nın yerli bürosu məlumat verir ki, muzey Şəki şəhər Heydər Əliyev parkında, əvvəlki Heydər Əliyev Mərkəzinin binasında yerləşəcək.
 

Muzey bir neçə ekspozisiya zalından ibarət olacaq. Burada Birinci Qarabağ, həm də Vətən müharibəsində şəhid olmuş qəhərmanlarımızın həyat hekayələri, keçdikləri döyüş yolu haqda müxtəlif materiallar, video təqdimatlar sərgiləcənək.


“Şöhrət Zalı”nın bələdçisi və inzibatçısının olacağı, burada gələcəkdə vətənpərvərlik istiqamətində açıq dərslərin, məktəblilərin ziyarətinin təşkili nəzərdə tutulur.

Hazırda parkda və binada əsaslı təmir işləri aparılır. Muzeyin Zəfər Günü- noyabrın 8-də istifadəyə verilməsi planlaşdırılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO