"Rəqsanə İsmayılovanın xəstəliyi ilə bağlı məhkəməyə hələ ki hər hansı bir sənəd təqdim edilməyib".
Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, bunu müğənninin vəkili Hikmət Əliyev deyib.
O, müvafiq sənədlər hazır olmadığından bunun hələ ki mümkünsüz olduğunu bildirib.
Vəkil həmçinin dəymiş zərərin ödənilməsi məsələsinə də aydınlıq gətirib:
"Qəbul edilməyən ittihama görə, hər hansı bir zərərin ödənilməsindən söhbət gedə bilməz.
Rəqsanə İsmayılova ona irəli sürülmüş ittihamlarla razı deyil. Ona görə də onun ev dustaqlığına buraxılması üçün növbəti mərhələlərdə biz yenidən məhkəməyə müraciət edəcəyik".
Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub.
Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:49 / 21.08.2025
Rəqsanə İsmayılova zərərçəkənlərə dəyən ziyanı ödəyəcək?
Hazırda oxunan: Rəqsanə İsmayılova zərərçəkənlərə dəyən ziyanı ödəyəcək?
Hazırda oxunan: Rəqsanə İsmayılova zərərçəkənlərə dəyən ziyanı ödəyəcək?
266345
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.