Cəlilabadda sakinlərə hücum edən çaqqalı qadın öldürüb - TƏFƏRRÜAT/FOTO

Cəlilabadda sakinlərə hücum edən çaqqalı qadın öldürüb - TƏFƏRRÜAT/FOTO

Hazırda oxunan: Cəlilabadda sakinlərə hücum edən çaqqalı qadın öldürüb - TƏFƏRRÜAT/FOTO
264332
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabadda çaqqalın sakinlərə hücumunun təfərrüatları məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Cəlilabad rayonunun Şatırlı kəndində qadın çaqqalı əlbəyaxa döyüşdə məhv edib.
 

MÖVZU İLƏ BAĞLI:

Cəlilabadda çaqqal sakinlərə HÜCUM ETDİ – Yaralananlar var - FOTO


Kənd sakini Aygün Orucova hücum zamanı yaralansa da, üzləşdiyi vəhşi heyvanı daşla vuraraq öldürüb.

Qeyd edək ki, son günlər kənddə çaqqal hücumlarının sayı artıb. Sakinlərin sözlərinə görə, vəhşi heyvanlar hətta gündüz saatlarında həyətlərə daxil olaraq ev quşlarına və təsərrüfat heyvanlarına ziyan vururlar.

Ehtimal olunur ki, buna səbəb meşələrdə yem çatışmazlığı olub.
 
Hücum nəticəsində Aygün Orucova ilə yanaşı, Rüstəmova Südabə və Əlilli Coşqun müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Cəlilabadda sakinlərə hücum edən çaqqalı qadın öldürüb - TƏFƏRRÜAT/FOTO - foto 1
Cəlilabadda sakinlərə hücum edən çaqqalı qadın öldürüb - TƏFƏRRÜAT/FOTO - foto 2

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO