Astarada balıqçı faciəvi şəkildə HƏYATINI İTİRDİ - FOTO

Astarada balıqçı faciəvi şəkildə HƏYATINI İTİRDİ - FOTO

Hazırda oxunan: Astarada balıqçı faciəvi şəkildə HƏYATINI İTİRDİ - FOTO
263887
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astara rayonunda bir nəfər dənizdə boğularaq həyatını itirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb.
 

1963-cü il təvəllüdlü kənd sakini Xanoğlan Museyib oğlu Əsədullayev günorta saatlarında çimmək üçün evlərinin yaxınlığındakı çimərliyə yollanıb.


O, bir qədər dərinliyə üzərək dənizdə boğulub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə X. Əsədullayevin cəsədi sudan çıxarılıb və aidiyyəti orqanlara təhvil verilib.
 

Mərhumun bacısı Bəsti Əsədullayeva bildirib ki, Xanoğlan uzun illər balıqçı kimi fəaliyyət göstərib, lakin son vaxtlar səhhətində ciddi problemlər hiss olunurdu.


Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə göndərilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Astarada balıqçı faciəvi şəkildə HƏYATINI İTİRDİ - FOTO - foto 1
Astarada balıqçı faciəvi şəkildə HƏYATINI İTİRDİ - FOTO - foto 2


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO