Sərnişinlərin DİQQƏTİNƏ – “Səfərlərinizi bu sürücülərə etibar etməyin”

Sərnişinlərin DİQQƏTİNƏ – “Səfərlərinizi bu sürücülərə etibar etməyin”

Hazırda oxunan: Sərnişinlərin DİQQƏTİNƏ – “Səfərlərinizi bu sürücülərə etibar etməyin”
263877
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtonəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslərə və əhaliyə müraciət edib.

Bu barədə Bizim.Media-ya BDYPİ-dən məlumat verilib.
 

Bildirilib ki, yay fəsli ilə əlaqədar paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində artım müşahidə edilir:


"Lakin bu sahədə müəyyən olunmuş qaydaların pozulması bəzən ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir. Baş Dövlət Yol Polisi İdərəsi bir daha sərnişindaşıma fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara daşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirməyi, uzaq marşurutlar üzrə avtobuslara iki sürücü təhkim etməyi, reysqabağı sürücülərin tibbi müayinədən keçməsinə, nəqliyyat vasitələrinin isə texniki vəziyyətinin yoxlanılmasına ciddi nəzarət olunmasını tövsiyə edir".
 

Müraciətdə qeyd olunub ki, sərnişinlər öz təhlükəsizliklərinə biganə qalmamalı, qanunsuz sərnişindaşımada iştirakçıya çevrilməməlidirlər:


"Nəzərə almaq lazımdır ki, qanunsuz daşımalar zamanı istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə lazımi qaydada nəzarət edilmir.
 

Eyni zamanda, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülər cəlb edilir ki, onlar da reysqabağı tibbi müayinəsi aparılmır.


Dəyərli sərnişinlər! Səfərlərinizi təsadüfi şəxslərə etibar etməyin. Bu mənzil başına sağ-salamat çatmanızın öncədən sığortalanması deməkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO