Masallıda qayın yeznəni baltaladı

Masallıda qayın yeznəni baltaladı

Hazırda oxunan: Masallıda qayın yeznəni baltaladı
262582
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Masallı rayonunda həyat yoldaşını döymək istəyən kişiyə qaynı balta ilə xəsarət yetirib.

Bizim.Media xəbər verir ki, hadisə Hüseynhacılı kəndində baş verib.
 

Kənd sakini Azər Əliyev (adı və soyadı şərtidir) yaşadığı evin həyətində həyat yoldaşı ilə mübahisə edib. Qadın mübahisə ilə bağlı atası evinə məlumat verib və onun qardaşı hadisə yerinə gəlib. Bu vaxt ər-arvad arasında yenidən mübahisə başlayıb və Azər həyətdəki balta ilə həyat yoldaşı və qaynına hücum edib. Bu vaxt qaynı baltanı onun əlindən alaraq yeznəsinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, onun əlini sındırıb.


Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb.

Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə edildiyindən cinayət işinə xitam verilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO