Ombudsman Elmira Süleymanova 2018-ci ilinxa0 məruzəsi zamanı doğuşun tibbi göstəriş olmadan vaxtından əvvəl qeysəriyyə yolu ilə cərrahi etməklə həyata keçirilməsinin qarşısını almaq məqsədilə buna yol verən həkimlərin hüquqi məsuliyyətə cəlb olunmasını təklif edib. E.Süleymanova bildirib ki, bununla bağlı əhali arasında da maariflənmə işlərixa0 gücləndirilməlidir.
Bəs E.Süleymanovanın bu təklifini həkimlər necə dəyərləndirir?
Moderator.az-ın sualını cavablandıran tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti (ATU) Rəşid Mahmudov Omudsmanın fikirləri ilə razılaşdığını, amma bəzi hallarda qadınların özlərinin qeysəriyyə əməliyyatı olunmaq istədiyini bildirib:
“Elmira xanımın fikirləri ilə razıyam. Əgər bunu edən həkimlər varsa, məsuliyyətə cəlb edilməlidir. Doğrudan da burda tibbi göstəriş yoxdursa, problem araşdırılıb tədbir görülməlidir. Əvvəllər qadınlar işləyib, hərəkət etdikləri üçün doğuş asan olurdu. İndi isə doğuş çətin olduğu üçün qadınlar özlərinə əziyyət vermək istəmir və bir çox hallarda həkimə deyirlər ki, onu qeysəriyyə əməliyyatı etsin. Doğuş zamanı bel və əl gəlişi kimi hallarda doğuşu qeysəriyyə yolu ilə həyata keçirirlər, çünki ağrılar çox olduğu üçün qadınlar buna dözə bilmir”.
Vasif Əlihüseyn







































































































