Sumqayıtdakı yanğında 17 nəfər tüstüdən zəhərlənib – ADLAR

Sumqayıtdakı yanğında 17 nəfər tüstüdən zəhərlənib – ADLAR

Hazırda oxunan: Sumqayıtdakı yanğında 17 nəfər tüstüdən zəhərlənib – ADLAR
260918
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.

Bizim.Media xəbər verir ki, Sumqayıt şəhər sakinləri, 2008-ci il təvəllüdlü Adilov Kənan Elşən oğluna məxsus ümumi sahəsi 80 kv.metr olan mənzilin 40 kv.metr hissəsi yanıb.

Yanğın nəticəsində həmin binada yaşayan qonşular, 1960-cı il təvəllüdlü İsmayılova Solmaz Fərzalı qızı, 1973-cü il təvəllüdlü Zamanova Yeganə Alməmməd qızı, 1959-cu il təvəllüdlü Mikayılov Taleh Məmməd oğlu, 2002-ci il təvəllüdlü Süleymanlı Fidan Ədalət qızı, 2024-cü il təvəllüdlü Süleymanlı Emin Elmir oğlu, 2009-cu il təvəllüdlü Süleymanlı Türkan Elşən qızı, 2024-cü il təvəllüdlü Zamanlı Sofiya Elçin qızı, 1983-cü il təvəllüdlü Yaqubova Gülnar Vaqif qızı, 1994-cü il təvəllüdlü Həmidov Zaur Cavanşir oğlu, 1994-cü il təvəllüdlü Məhərrəmli Məhərrəm Məharət oğlu, 1988-ci il təvəllüdlü Vəliyeva İlahə Mirvəzir qızı, 1994-cü il təvəllüdlü Cəbrayılov Cəbrayıl Namiq oğlu və vətəndaşların evdən çıxarılmasına kömək edən polis nəfərləri - 1995-ci il təvəllüdlü Nəsibli Eyvaz Əlövsət oğlu, 1999-cu il təvəllüdlü Mahmudov Həşim Umüd oğlu, 1997-ci il təvəllüdlü Əsədov Valeh Etibar oğlu, 1989-cu il təvəllüdlü Yarıyev Zaur Məzahir oğlu və 1999-cu il təvəllüdlü Xancanov Riad Ruslan oğlu tüstüdən zəhərlənərək xəstəxaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qeyd edək ki, iyulun 20-də axşam saatlarında Sumqayıt şəhərində 6-cı mikrorayonda yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş verib.

Təhlükəsizlik tədbirləri çərçivəsində 7-si uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO