Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Hazırda oxunan: Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü
260004
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Həmin ərazidəki qaraj tipli evdə yaşayan, 1995-ci il təvəllüdlü Valeh Məmmədov (soyad şərtidir) iki dəfə "ailə həyatı qurub".

Onun birinci həyat yoldaşından 4, ikinci nikahdankənar həyat yoldaşından isə 1 övladı dünyaya gəlib. O, hər iki həyat yoldaşı ilə həmin qarajda yaşayıb. Valeh yaşadığı evin qarşısında ailə üzvləri ilə çay içərkən Emil adlı qonşu onlara yaxınlaşaraq telefonla çəkiliş etməyə başlayıb.
 

Emil ailənin səs-küy salmasından şikayətlənib və bu barədə çəkiliş edib sosial şəbəkələrdə paylaşmaq istəyib.

Valeh onun bu hərəkətlərinə etiraz etsə də, Emil çəkilişi davam edib . Nəticədə aralarında mübahisə yaranıb və Valeh hər iki həyat yoldaşı ilə birləşib Emili döyüb. Onlar Emilin baş və bədən nahiyələrinə müxtəlif xəsarətlər yetiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə V.Məmmədova 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO