Bu tarixlərdə tünd rəngdə geyinməyin - XƏBƏRDARLIQ 

Hazırda oxunan: Bu tarixlərdə tünd rəngdə geyinməyin - XƏBƏRDARLIQ 

25906

Fövqəladə Hallar Nazirliyi anomal istilərlə əlaqədar əhaliyə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Hazırda ölkə ərazisində hökm sürən anomal isti hava şəraitinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə yaxın günlərdə də davam edəcəyi, temperaturun bəzi yerlərdə 44 dərəcəyə qədər yüksələcəyi gözlənilir.
 

MÖVZU İLƏ BAĞLI:

Yayda qida zəhərlənməsi - Əlamətləri, ilk yardım


Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur".

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti iyunun 24-25-də ölkə ərazisində anomal istilərin olacağını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO