AZAL təyyarə parkına yeni hava gəmilərini əlavə edəcək – FOTO

AZAL təyyarə parkına yeni hava gəmilərini əlavə edəcək – FOTO

Hazırda oxunan: AZAL təyyarə parkına yeni hava gəmilərini əlavə edəcək – FOTO
256781
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) gələcək planlarında təyyarə parkına yeni hava gəmilərinin əlavə edilməsi nəzərdə tutulub.

Bizim.Media AZAL-a istinadən xəbər verir ki, bunu Səhmdar Cəmiyyətin Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə AZAL-ın təşəbbüsü ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvləri üçün təşkil edilən işgüzar səhər yeməyində bildirib.
 

O, bunun nəticəsində yeni istiqamətlər üzrə uçuşların açılması baxımından geniş imkanlar yaranacağını bildirib.


Görüşdə C. Manizadə Assosiasiya üzvlərinə ilk olaraq AZAL-ın fəaliyyəti, göstərdiyi xidmətlər və gələcək planları haqqında ətraflı məlumat verib. C. Manizadə çıxışı zamanı son illər ərzində AZAL-ın bir sıra istiqamətlər üzrə birbaşa uçuşların sayını artırdığını, xüsusilə əcnəbi sərnişinlər üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının əlverişli tranzit mərkəzinə çevrildiyini qeyd edib.

C.Manizadə AZAL üçün Assosiasiya üzvüləri ilə sıx əməkdaşlığın əvvəlki illərdə olduğu kimi prioritet istiqamət olaraq qaldığını və birgə əməkdaşlığın bundan sonra da dəstəklənəcəyini diqqətə çatdırıb.

AZAL-ın təşkil etdiyi işgüzar görüşü yüksək qiymətləndirən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov turizm və aviasiya sektorları arasında səmərəli əməkdaşlığın, qarşılıqlı anlayış və birgə təşəbbüslərin daha da güclənməsinə və inkişafına bundan sonra da töhfə verəcəyini qeyd edib.

AZAL-ın bu istiqamətdə nümayiş etdirdiyi dəstəyin Assosiasiya üzvüləri üçün mühüm önəm daşıdığını bildirən ATAA sədri AZAL-ın rəhbərliyinə və komandasına bu ənənəvi görüşlərin keçirilməsinə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

AZAL təyyarə parkına yeni hava gəmilərini əlavə edəcək – FOTO - foto 1
AZAL təyyarə parkına yeni hava gəmilərini əlavə edəcək – FOTO - foto 2
AZAL təyyarə parkına yeni hava gəmilərini əlavə edəcək – FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO