Atasının evinə hücum edən müharibə iştirakçısı HƏBS OLUNDU

Atasının evinə hücum edən müharibə iştirakçısı HƏBS OLUNDU

Hazırda oxunan: Atasının evinə hücum edən müharibə iştirakçısı HƏBS OLUNDU
256277
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naftalanda atasının evinə hücum edən şəxs həbs edilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 26, mənzil 23-də baş verib. Həmin ünvanda yaşayan Vətən müharibəsi iştirakçısı olmuş Tural Məmmədov (soyad şərtidir) Goranboy rayonuna-atasının evinə gedərək pensiya kartını istəyib.
 

Atası isə kartın Etibar adlı tanışında olduğunu deyib və bildirib ki, bir neçə dəqiqədən sonra kartı alıb ona verə bilər.


Məsələdən qəzəblənən Tural atasını təhqir edərək evdəki əşyaları dağıdaraq mənzildən çıxıb öz evinə gəlib. Atası Turalın ardınca həmin evə getmək istəsə də, Tural atasını evə buraxmayıb.

Atası məsələ ilə bağlı polisə məlumat verib. Hadisə yerinə gələn polislər Turalla söhbət etsələr də, o, polisləri də təhqir edib və onlara müqavimət göstərib.

Tural polis şöbəsinə gətirilib və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə T.Məmmədov 15 sutka həbs edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO