Şabranda maşın aşdı - Sürücünün 3 yaşlı oğlu VƏFAT ETDİ

Şabranda maşın aşdı - Sürücünün 3 yaşlı oğlu VƏFAT ETDİ

Hazırda oxunan: Şabranda maşın aşdı - Sürücünün 3 yaşlı oğlu VƏFAT ETDİ
254831
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci il iyunun 14-də saat 15:30 radələrində Bakı–Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Xəlilov Teyyub Məmməd oğlunun idarə etdiyi “Hyundai SantaFe” markalı, 10-TK-527 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub.

Qəza nəticəsində avtomobildə olan azyaşlı sərnişin – sürücünün oğlu, 2022-ci il təvəllüdlü Xəlilov Fəhad Teyyub oğlu hadisə yerində həyatını itirib. Digər sərnişinlər – 1962-ci il təvəllüdlü Abdullayeva Sevinc və 1988-ci il təvəllüdlü Abdullayeva Şəbnəm müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına bir daha xatırladır:

- Sürət həddini aşmayın;

- Yol və hava şəraitinə uyğun hərəkət edin;

- Sükan arxasındakı məsuliyyətsizlik təkcə sürücünün deyil, avtomobildəki hər kəsin həyatını riskə atır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO