Professordan gənc oğlanlara: "O qızlarla evlənməyin"

Professordan gənc oğlanlara: "O qızlarla evlənməyin"

Hazırda oxunan: Professordan gənc oğlanlara: "O qızlarla evlənməyin"
252992
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Hörmətli gənc oğlanlar, ailə quracağınız qızdan soruşun ki, uşağımızın adı nə olsun? Görsəniz ki, təkif olunan adlar fransız, ingiliz, çin, ispan adlarıdırsa, məncə, sizi nələr gözləyəcəyinizi artıq təxmin edə bilərsiniz".

Bizim.Media “ölkə.az”a istinadən xəbər verir ki, bu sözləri hüquq üzrə fəlsəfə doktoru, professor Fərhad Mehdiyev qeyd edib.

O bu fikirlərini mililiklə əlaqələndirib:

"Həmin xanım bizim tariximizi, ədəbiyyatımızı, folklorumuzu bilmir, ondan utanır. Ona bunu öyrətmək lazımdır. Öyrənmək istəmirsə, seçiminizi gözdən keçirməyi təklif edirəm.

Bizim o qədər gözəl və tarixən istifadə etdiyimiz qadın adlarımız var ki, onlar olan yerdə Coanna, Suzanna, Rihanna, kimi adlar milli mənsubiyyətə yadlığımızın işarəsidir.

Məsələ budur ki, əsas olan mədəniyyətdir, ad lakonik və gözəl səslənəndən sonra, ad əsas deyil. İndi xanıma Süzi deməklə nə o anadan doğulan kimi ingilis dilində danışa bilir, nə də ki qərb mədəniyyətinin dəyərlərinin daşıyıcısı olur. Sadəcə Süzi adlı Fatmanisə olur, ətrafını bəyənmir", - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO