Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün master-klas təşkil edib – FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün master-klas təşkil edib – FOTO

Hazırda oxunan: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün master-klas təşkil edib – FOTO
252560
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Sən də hüquqlarını tanı” mövzusunda master-klas təşkil olunub.

Bizim.Media xəbər verir ki, AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasının İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində keçirilən tədbirdə həmkarlar ittifaqı üzvlərinin övladları iştirak ediblər.
 

Əvvəlcə uşaqlara Akademiya haqqında məlumat verilib. Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini icra edən Yusif Ağayev azyaşlıları salamlayaraq onları bu əlamətdar gün münasibətilə təbrik edib. 


Tədbirdə uşaq hüquq və azadlıqlarından danışılıb, onların qorunması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verilib. 

Vurğulanıb ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir, onların sağlam, hərtərəfli, Vətənə layiqli övlad kimi böyümələri, təhsil almaları üçün hər cür şərait yaradılıb.

Qeyd edilib ki, xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətimizin diqqətindədir.

Həmçinin uşaqlara müstəqil, suveren, qalib Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə çalışmaq, bunun üçün yaxşı oxumaq, biliklərə yiyələnmək tövsiyə olunub. Tədbirdə uşaq hüquqları ilə bağlı təqdimat olub, dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş etdirilib. Eləcə də master-klasda iştirakçılara mövzu üzrə tapşırıqlar verilib, qrup işləri yerinə yetirilib.

Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün master-klas təşkil edib – FOTO - foto 1
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün master-klas təşkil edib – FOTO - foto 2
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün master-klas təşkil edib – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO