Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI

Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI

Hazırda oxunan: Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
248116
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilib. Qərara əsasən, hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyən edilib.

Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.

Bizim.Media xəbər verir ki, bakalavr təhsil səviyyəsi üzrə ixtisasların illik təhsil xərclərində ən yüksək məbləğ 9 min manat müəyyənləşib.

"Dirijorluq", "Bəstəkarlıq", "Vokal sənəti", "İnstrumental ifaçılıq" ixtisasının illik xərci 9 min manat, "Tibb", "Müalicə işi", "Hərbi tibb", "Hərbi həkim işi"nin illik xərci 8 min manat , "Qrafika", "Stomatologiya", "Dekorativ-tətbiqi sənət" (sahələr üzrə), "Heykəltəraşlıq", "Rəngkarlıq" ixtisasının illik xərci 7 min manat , "Tibb bacısı işi", "Tibb bacısı (qardaşı) işi", "Fizioterapiya və tibbi reabilitasiya", "Əczaçılıq" ixtisasının illik xərci 6 min manat təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO