Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO

Hazırda oxunan: Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO
247968
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı münasibətilə “Rabat xalça sənəti” immersiv sərgisi açılıb.

Bizim.Media xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi, Rabat Mədəni İrsinin Qorunması Fondunun prezidenti Lalla Hasnaa iştirak ediblər.
 

Tədbir Heydər Əliyev Fondu, Rabat Mədəni İrsinin Qorunması Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi, Mərakeş Krallığının ölkəmizdəki səfirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Mərakeş Sənətkarlıq Evi və Mərakeş Milli Muzeylər Fondunun təşkilatçılığı ilə keçirilib.


Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova xalça sənətinin təkcə Azərbaycan üçün deyil, eyni zamanda, dünya mədəni irsinə böyük töhfə olduğunu deyib.

2016-cı ildən Prezident İlham Əliyevin Sərəncamı ilə mayın 5-nin ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edildiyini vurğulayıb. “Azərbaycanın ənənəvi xalçaçılıq sənəti”nin 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi qonaqların diqqətinə çatdırılıb.

Bədii hissədə “Pəri xanımın sehrli nağılı” animasiya filmi nümayiş olunub, Xalq artisti Faiq Sücəddinovun Xalq rəssamı Eldar Mikayılzadənin sözlərinə bəstələdiyi “Sevərək toxu!” adlı yeni mahnısı ifa edilib.

Sonra sərginin açılışı olub.

Burada Rabat xalçasının möhtəşəmliyi fiziki və rəqəmsal sərgi təcrübəsini birləşdirən immersiv və vizual cəhətdən maraqlı bir ssenari vasitəsilə təqdim edilib.
 

Sərgidə bədii fotolar, qrafik illüstrasiyalar və XX əsrə aid orijinal Rabat xalçası, həmçinin Azərbaycanın XX əsrin əvvəllərində Qazax xalçaçılıq mərkəzinə aid xalça təqdim olunur.


Bu eksponatlar iki qədim tekstil ənənəsi arasındakı əlaqəni nümayiş etdirir. Bədii səyahət kimi qurulan sərgi Rabat xalçasının mənşəyini, onun incə toxuculuq texnikalarını və bu ənənənin qorunub saxlanmasında qadın sənətkarların əsas rolunu nümayiş etdirir. Sərgidə, həmçinin müxtəlif kompozisiyalar, muzeydə toxunan xalçalar da təqdim olunur.

Tədbirdə muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan “Nəqşicahan” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi də keçirilib, xalçaçılara həsr edilmiş rəsm əsərlərindən ibarət videoçarx nümayiş olunub.

Sərgi mayın 10-dək davam edəcək.

Daha sonra qonaqlar Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar. Qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, muzeyin kolleksiyasının “qızıl fondu”nu Azərbaycanın 7 regionunun xovlu və xovsuz xalça nümunələri təşkil edir.

Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 1
Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 2
Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 3
Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 4
Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 5
Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 6
Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 7
Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 8
Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 9
Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 10
Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 11
Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 12
Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 13
Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 14
Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 15
Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 16
Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 17
Leyla Əliyeva və Arzu Əliyeva Şahzadə ilə sərgidə - FOTO - foto 18

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO