Kafedə 25 illik konyakı içib dava saldı - Həbs OLUNDU

Kafedə 25 illik konyakı içib dava saldı - Həbs OLUNDU

Hazırda oxunan: Kafedə 25 illik konyakı içib dava saldı - Həbs OLUNDU
247055
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda kafedə dava salan şəxs həbs edilib.

Bizim.Media xəbər verir ki, hadisə aprelin 28-i gecə saatlarında Binəqədi rayonu Məsud Davudoğlu küçəsində yerləşən “Xatirələr” kafesində baş verib.

35 yaşlı Cavad Kərimov sərxoş vəziyyətdə kafedə ictimai asayişi pozub. O, əsaslı səbəb olmadan məkanı dağıtmağa, özünü yerə çırpmağa başlayıb, ətrafdakı şəxslərin çağırışlarına baxmayaraq, sakitləşməyib. Oradakı 25 illik konyakı içdiyini bildirən Cavad nalayiq ifadələr işlədərək hərəkətlərinə davam edib.
 

Kafeyə dəvət edilən polisin köməyi ilə o saxlanılıb. Lakin əməllərinə davam edib, özünü polis maşınından atmağa cəhd göstərib, başını divara çırpıb. Polis şöbəsinin müvəqqəti saxlanma yerinə aparılan C. Kərimov səhər saat 10 radələrində ayılıb.


Saxlanılan şəxs barəsində Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsində protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Cavad Kərimov 30 sutka inzibati həbs olunub. (“Qafqazinfo”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO