Şarj dövrü tarixə qovuşur - 50 il işləyə bilən batareyalar satılacaq

Şarj dövrü tarixə qovuşur - 50 il işləyə bilən batareyalar satılacaq

Hazırda oxunan: Şarj dövrü tarixə qovuşur - 50 il işləyə bilən batareyalar satılacaq
247002
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çində yerləşən texnologiya startapı "Betavolt" enerji sahəsində inqilabi yeniliklə çıxış edib.

Bizim.Media xəbər verir ki, şirkət 50 il ərzində şarj və texniki xidmət olmadan işləyə bilən atom enerjili batareyanın kütləvi istehsalına başladığını açıqlayıb.

Bu texnologiya gələcəkdə mobil telefonlardan kosmik qurğulara qədər bir çox sahədə tətbiq edilə bilər.
 

Hazırda "BV100" modeli adı ilə təqdim olunan batareya cəmi 15x15x15 mm ölçüsündədir. Bu kiçik akkumulyator 100 mikrovat güc və 3 volt gərginlik təmin edir. Enerji mənbəyi isə nikel-63 izotopunun radioaktiv parçalanmasıdır. Batareyada yerləşdirilən kristal yarımkeçirici materiallar vasitəsilə 3300 meqavat-saat enerji saxlana bilir - bu da litium batareyalardan 10 qat daha çox enerji sıxlığı deməkdir.


"Betavolt"un bildirdiyinə görə, bu batareya gələcəkdə tibbi cihazlardan tutmuş hərbi texnologiyalara, uzaq rabitə sistemlərindən tutmuş kosmik aparatlara qədər müxtəlif sahələrdə istifadə edilə bilər. Hazırda "BV100" modeli noutbuk və ya smartfon kimi cihazları enerji ilə təmin edə bilmir, lakin daimi enerji tələb edən dron və kiçik avadanlıqlar üçün tam uyğundur.

Şirkət 2025-ci ilin son rübünə qədər 1 vatt gücündə yeni modelin təqdimatını nəzərdə tutur. Bu texnologiyanın inkişafı ilə enerji sektoru və gündəlik istifadə edilən cihazlarda "şarj" anlayışının aradan qalxması mümkün görünür. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO