""Azərenerji" bundan sonra nə qədər dövlətin çiynində yük olaraq davam edəcək?

Hazırda oxunan: ""Azərenerji" bundan sonra nə qədər dövlətin çiynində yük olaraq davam edəcək?

246246

“"Azərenerji" uzun illər SOCAR xəttindən dotasiyalaşan və sonra da borcları silinən sektor olaraq qalır. Aydınlıq gətirilməlidir ki, "Azərenerji" daha nə qədər dövlətin çiynində yük olaraq qalmağa davam edəcək”.

Moderator.az-ın məlumatına görə, bunu deputat Zahid Oruc Milli Məclisin komitələrinin 2019-cu ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında deyib.

Deputatın sözlərinə görə, Azərbaycan çox haqlı öyünür ki, Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır.

“Prezident çox haqlı olaraq məlum müşavirədə "Azərenerji" rəhbərliyini qınayıb. Bu adamlar nə üçün nə üçün məsuliyyətsizliyə yol veriblər ki, ölkənin özünün daxili enerji təhlükəsizliyinə ziyan gəlmiş olub.

"Azərenerji" bundan sonra nə qədər dövlətin çiynində yük olaraq daşınmağa davam edəcək. Bu məsələyə aydınlıq gətirilməlidir."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO