İmam Hüseyn məscidini alman memar tikib -Onun da məzarı yerində məscid tikilib...

İmam Hüseyn məscidini alman memar tikib -Onun da məzarı yerində məscid tikilib...

Hazırda oxunan: İmam Hüseyn məscidini alman memar tikib -Onun da məzarı yerində məscid tikilib...

245478

Moderator.az əməkdaşı bu çox maraqlı və ibrətamiz faktı İmam Hüseyn məscidinin axundu Hacı Əbdüllə söhbətdən sonra aşkar etdi.

Bu günlərdə müqəddəs Ərbəin – Kərbəla şəhidlərinin növbəti “40” mərasimi ərəfəsində Heydər Əliyev fondu tərəfindən əsaslı təmirdən sonra möminlərin üzünə açılmış İmam Hüseyn məscidi məşhur bir alman memar tərəfindən tikilib. Qeyri-adi arxitektur görüntüyə malik həmin müsəlman ibadətgahı haqqında bu məlumatı Moderator.az əməkdaşı ilə söhbətində məscidin axundu Hacı Əbdül söyləyib. Onun sözlərinə görə, 1896-cı ildə xeyriyyəçi Hacı Hacıbabanın sifarişi ilə tikilmiş məscidin memarı Adolf Eyxler adlı alman olub.


Araşdırmalarımızdan bəlli oldu ki, A.Eyxler uzun illər Bakıda yaşamış və paytaxtımızdakı bir sıra birmərtəbəli və ikimərtəbəli binaları, o cümlədən hazırda Azərbaycandakı alman icmasına məxsus Lüteran kilsəsini (Kirxa) (1896-1899-cu illər) də inşa etmişdir.

Təəssüf ki, çiçək xəstəliyindən əziyyət çəkən məşhur memar 1911-ci ildə əzablara dözməyərək mənzilində intihar etmişdir. Adolf Eyxlerin ən yaxın rəisi mühəndis Məmməd Hacınski onu nümunəvi işçi kimi xarakterizə edərək demişdi ki, intiharın səbəblərini onun işgüzar fəaliyyətində axtarmaq yersizdir. Şəhərdə tikinti işləri aparan iri podratçı Hacı Qasımov deyirdi ki, 20 illik fəaliyyəti dövründə yüzlərlə memar və mühəndislə qarşılaşsa da, Adolf Eyxler kimi dürüst, hətta ifrat dürüst adamla qarşılaşmamışdı...


Adolf Eyxler şəhərin dağlıq hissəsində yerləşən lütteran qəbiristanlığında dəfn edilib. 1928-ci ildə həmin qəbristanlıq sovet hakimiyyəti tərəfindən ləğv edilib. Və ibrətamizdir ki, hazırda həmin yerdə sonradan Türkiyə dövləti hesabına tikilmiş Şəhidlər məscidi yerləşir...

Allah İmam Hüseyn(s) başda olmaqla cəmi şəhidlərimizə və onların yolunda zəhmət çəkib dünyasını dəyişmiş insanlara rəhmət eləsin!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO