Tiktokerlər Nuh və "Xan"ın həbs müddətləri UZADILDI

Tiktokerlər Nuh və "Xan"ın həbs müddətləri UZADILDI

Hazırda oxunan: Tiktokerlər Nuh və "Xan"ın həbs müddətləri UZADILDI

245031

Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Xan" ləqəbli tiktoker Əsgər Əlizadənin və Nuh Məmmədzadənin həbs müddəti uzadılıb.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.

Hakim Səbinə Nuriyevanın sədrliyi ilə keçirilən prosesdə tiktokerlərin həbs müddəti 2 ay uzadılıb.

Qeyd edək ki ötən ilin dekabrında saxlanılan hır iki tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və onlar barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO