"Hamiləlik zamanı qadın stres keçirərsə, körpədə nevrologiya xəstəliyi əmələ gələ bilər”

Hazırda oxunan: "Hamiləlik zamanı qadın stres keçirərsə, körpədə nevrologiya xəstəliyi əmələ gələ bilər”

244598
“Bildiyimiz kimi hamiləlik fizioloji, bununla yanaşı riskləri çox olan prosesdir. Bu səsəbdən də risklər vaxtında aşkar olunmalı, nəticəyə əsasən də tədbirlər görülməlidir. Ana və uşaq ölümünün əsas səbəblərindən biri hamilə qadınların məsuliyyətsizliyi, yəni vaxtında həkimə müraciət etməmələri və yaxud da həkim məsləhətlərinə önəm verməmələridir. Ancaq bu məsələdə bir tək hamilə qadınları günahlandırmaq olmaz. Bununla yanaşı tibbi xidmətin aşağı səviyyədə olması, həkim savadsızlığı və səhlənkarlığı, hamiləliyin düzgün müayinə və müalicə olunmaması halları da olur”.xa0

Bu sözləri Moderator.az a açıqlamasında rezident həkim Milay Umudlu deyib. M. Umudlu eyni zamanda qeyd edib ki, hamilə qadınlar bu zaman ərzində daha çox təmiz havada olmalı, normal yuxu rejiminə riayət etməli, stressdən uzaq olmalıdırlar:xa0

“Məlumdur ki, hamilə qadınlar düzgün qidalanmaya da üstünlük verməlidirlər. Belə ki hamiləlik dövründə keyfiyyətli, vitamini bol qidalara üstünlük verilməli, gün ərzində isə bol bol maye qəbul etməlidirlər. Sadalanan hallarla yanaşı hamilə qadın həkimə müraciət edərkən USM müayinəsindən keçməli, qan və sidiyin ümumi analizi olunmalıdır. Qan qrupu, rezus faktor, qiçs və digər infeksiyalara görə də analizlər verilməli, terapevt və stomatoloq müayinəsi aparılmalıdır. Bu müayinələr zamanı heç bir problemlər aşkarlanmasa belə hamiləlik boyunca qanın və sidiyin ümumi müayinəsi mütləq olmalıdır”.xa0

Psixoloq Vüsalə Əmiraslanova isə düşünür ki, hamiləlik zamanı qadın mütləq psixoloji dəstək almalıdır:xa0
“Hamiləlik öncəsi və sonrası dövrlər var ki, bunlar da prinital və postprinital dövrlər adlanır. Hamiləlik dövründə cütlüklər psixoloji yardımlar almalıdırlar. Ailə qurduqdan sonra cütlüklər psixoloqa müraciət etsələr ailənin uşaq gözləməyi planlaşdırılmış şəkildə reallaşacaq. Bu cütlüklərdə motivasiya da daha güclü olur. Ümumiyyətlə, qadın hamiləlik zamanında psixoloji dəstək almalı, nəfəs gimnastikası, yoqa ilə məşğul olmalıdır. Bununla yanaşı musiqi, rəsm və ya su terapiyası da hamilə qadınların psixoloji durumları üçün çox faydalıdır. Bunları psixoloq özü təyin edir. Bunlarla yanaşı hamiləliyə nəzarət edən həkim tərəfindən də qadına psixoloji dəstək olunmalıdır. Bu prosesdən sonra nələr əldə edəcəyik motivasiyası hamilə qadın üçün çox önəmlidir”.xa0

V. Əmiraslanova eyni zamanda qeyd edir ki, motivasiya bir həftədən artıq olmadığına görə hamilə qadınlar on gündən bir psixoloq yanında olsalar daha yaxşı olar:xa0

“Hamiləlik zamanı daha çox stress keçirən qadında tonus halları çox olur ki, bu da gələcəkdə uşaqlarda nevrologiya xəstəliyinin yaranmasına səbəb olur”.xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
Lalə Novruzlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO