Zaqatalada sakinlərə palçıqlı su VERİLİR – VİDEO

Zaqatalada sakinlərə palçıqlı su VERİLİR – VİDEO

Hazırda oxunan: Zaqatalada sakinlərə palçıqlı su VERİLİR – VİDEO
243336
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zaqatalanın Aşağı Tala kənd sakinləri içməli su problemindən əziyyət çəkir.

Bizim.Media-nın yerli bürosuna Aşağı Tala kəndinin Ömər Əfəndi küçəsinin sakinləri müraciət edərək içməli sudan əziyyət çəkdiklərini bildirib. Belə ki, son günlər havaların qeyri-sabit keçməsi və yağışların yağması nəticəsində suları kəsilibmiş. Bu gün isə gələn su qara lil, bulanıq və palçıqlı olub.

Sakinlərin sözlərinə görə ötən illərdə içməli su problemlərini həll etmək üçün sakinlər öz vəsaitləri hesabına dağlardan gələn suların mənbəyində xüsusi qurğular qurub, boru alaraq xətti yeniləyiblər. Ötən il az da olsa bu həyat mənbəyi sarıdan sakinlər rahat olsalar da, bu il yazın ilk günlərindən yenidən sularında problem yaranıb. 

Məsələ ilə bağlı Aşağı Tala bələdiyyəsindən Bizim.Media-ya bildirilib ki, yağış yağdığından çaylarda sular bulanıb. Eyni zamanda torpaq qatı da sulara qarışdığından sular belə olur. Bələdiyyədən ötən il həyata keçirilən işlərin problemi qismən həll etdiyini desələr də əsas su ötürücü qurğulara ciddi ehtiyac olduğunu, bunun isə dövlət tərəfindən həyata keçirilə biləcəyi diqqətə çatdırılıb.

Beləcə, ümid qalır ki, yağış suları durulacaq və sakinlər təmiz sudan istifadə edəcəklər.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO