Qarabağ Universitetində daha üç fakültə açılacaq

Qarabağ Universitetində daha üç fakültə açılacaq

Hazırda oxunan: Qarabağ Universitetində daha üç fakültə açılacaq
242991
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarabağ Universitetində birinci kursda 1100-dən çox tələbə təhsil alır və 200 əməkdaş çalışır.

Bizim.Media xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov aprelin 8-də ali təhsil müəssisəsində keçirilən “Yeni dünya nizamına doğru” mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağ Universitetinin əsas missiyası təhsil, tədqiqat və innovasiya mərkəzi yaratmaqdır:

“Burada olan hər kəs bu məqsəd uğrunda çalışır. Biz dostlarımızdan böyük diqqət və dövlət başçısının birbaşa dəstəyini görürük. Bu da bizə tələbələrimizi çox qısa zamanda qarşılamaq imkanı verdi. Biz ilk ilə yaxşı göstəricilərlə başladıq, çünki çox yaxşı ideya ilə yola çıxmışdıq. Hazırda ali məktəbdə birinci kursda təxminən 1000 tələbə var. Burada təxminən 200 əməkdaş çalışır".

Ş.Bayramov Qarabağ Universitetində hazırda üç əsas fakültə mövcuddur:

"2026-cı ildə kənd təsərrüfatı fakültəsini açmağı planlaşdırırıq. Həmin il həmçinin Xankəndidə İncəsənət və Turizm fakültələrinin də açılması nəzərdə tutulur". (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO