Şəkidə yüz illərdir davam etdirilən maraqlı Novruz ADƏTLƏRİ – FOTO

Şəkidə yüz illərdir davam etdirilən maraqlı Novruz ADƏTLƏRİ – FOTO

Hazırda oxunan: Şəkidə yüz illərdir davam etdirilən maraqlı Novruz ADƏTLƏRİ – FOTO
240790
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəkidə bayram tətili el adətləri ilə davam edir. 

Şəkidə xalqımızın qədim bayramlarından olan Novruz şənlikləri, qədim adət-ənənlərə söykənən milli oyun və tamaşalar davam edir. Bu il bayram Ramazan ayına təsadüf etdiyindən iftar süfrəsi də açılıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəkililər və bayram tətilinə gələn qonaqlar bu qədim el bayramını böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qeyd edir. 

Bir tərəfdə xalq sənətini yaşadan pəhləvanlar digər meydanda isə kəndirbazlar.

Şəkidə yüz illərdir davam etdirilən maraqlı Novruz ADƏTLƏRİ – FOTO - foto 7

Bu və digər milli və xalq oyunlarını yaşadan sənətkarlar gün boyu müxtəlif proqramlarla çıxış edir, insanları əyləndirir. 

Bayram günləri havanın yağıntılı və soyuq olması kəndirbaz və pəhləvanların işini xeyli çətinləşdirsə də, proqramlar təxirə salınmayıb. Təşkilatçılar isə məhəllə sakinləridir. Gəncəli məhəlləsinin sakini Mircavad Abbasov söyləyir ki, Yuxarı Baş ərazisindəki Gəncəli məhəlləsində hələ sovetlər dövründə bu bayram bütün qadağalara rəğmən böyük çoşqu və ehtiramla qeyd olunub.

Şəkidə yüz illərdir davam etdirilən maraqlı Novruz ADƏTLƏRİ – FOTO - foto 8

“O dövrdən bu günə kimi ənənələr davam etdirilir” deyən məhəllə sakini əlavə edir ki, bayrama həftələr qala məhəllə sakinləri bir araya gələrək proqram tərtib edir, görüləcək işləri planlayırlar. 

Bayram tədbirlərinə, konsert proqramlarına ən çox maraq göstərən isə əlbəttə azyaşlı və balacalardır.

Havanın yağmurlu və soyuq olmasına baxmayaraq pəhləvan və kəndirbazları izləyənlər sırasında azyaşlılar da az deyil.  

Şəkidə yüz illərdir davam etdirilən maraqlı Novruz ADƏTLƏRİ – FOTO - foto 9

Mircavad Abbasov onu da diqqətə çatdırır ki, həmişəki kimi məhəllə sakinlərinin maddi dəstəyi ilə Novruz çadırı qurulub.  Belə ki, tədbirə gələnlər xüsusən yerli və xarici qonaqlar çay süfrəsinə dəvət olunur. Bu ilki Novruz şənlikləri müqəddəs və mübarək Ramazan günlərinə təsadüf etdiyindən axşam məhəllə sakinlərinə və qonaqlara iftar verilməsi üçün bütün hazırlıqlar görülüb. 

Proqrama uyğun olaraq iftar süfrəsindən sonra məhəllənin mərkəzində Novruz tonqalı alovlandırılıb, tədbir konsert proqramı ilə davam edib. 

Şəkidə yüz illərdir davam etdirilən maraqlı Novruz ADƏTLƏRİ – FOTO - foto 10

El şənliyini yüzlərlə yerli və xarici qonaq izləyib.  

Şəkidə yüz illərdir davam etdirilən maraqlı Novruz ADƏTLƏRİ – FOTO - foto 1
Şəkidə yüz illərdir davam etdirilən maraqlı Novruz ADƏTLƏRİ – FOTO - foto 2
Şəkidə yüz illərdir davam etdirilən maraqlı Novruz ADƏTLƏRİ – FOTO - foto 3
Şəkidə yüz illərdir davam etdirilən maraqlı Novruz ADƏTLƏRİ – FOTO - foto 4
Şəkidə yüz illərdir davam etdirilən maraqlı Novruz ADƏTLƏRİ – FOTO - foto 5
Şəkidə yüz illərdir davam etdirilən maraqlı Novruz ADƏTLƏRİ – FOTO - foto 6
QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği - bəndinə uyğun olaraq hazırlanıb.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO