Gəncənin Maliyyə İdarəsinə yeni rəis  
 TƏYİN OLUNDU

Gəncənin Maliyyə İdarəsinə yeni rəis TƏYİN OLUNDU

Hazırda oxunan: Gəncənin Maliyyə İdarəsinə yeni rəis TƏYİN OLUNDU

239997

Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə İdarəsinə yeni rəis təyin olunub.

Maliyyə naziri Samir Şərifovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təqdimatına əsasən imzaladığı müvafiq əmrlə bu vəzifəyə Rəşid İsmayıl oğlu Yusifov təyin olunub və o, bu gündən vəzifəsinin icrasına başlayıb.

Bu təyinata qədər R.Yusifov Maliyyə Nazirliyinin Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.xa0

Qeyd edək ki, Gəncə şəhəri üzrə Maliyyə İdarəsinə keçmiş rəisi Natiq Cabbarov bu günlərdə öz ərizəsi ilə vəzifəsindən azad olunub.(Modern.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO