Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Hazırda oxunan: Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

623924

Astroloq Büşra Barışık Önder münasibətlərdə və gündəlik həyatda ünsiyyət qurmaqda çətinlik yaradan üç bürcü açıqlayıb.

Bizim.Media bildirir ki, onun fikrincə, bu bürcləri birləşdirən əsas xüsusiyyət yalnız öz baxış bucaqlarına inanmaları və fərqli fikirlərə açıq olmamalarıdır.

Astroloq bildirib ki, siyahının ilk sırasında Oğlaq bürcü yer alır. Onun sözlərinə görə, onlar güzəştə getməyən və yalnız öz doğrularına əsasən hərəkət edən xarakterləri ilə seçilirlər.

İkinci yerdə Dolça bürcü qərarlaşıb. Öndər hesab edir ki, bu bürc altında doğulanlar fərqli dünyagörüşünə malik olduqları üçün hadisələrə qeyri-adi prizmadan yanaşır və bu da onlarla ortaq məxrəcə gəlməyi çətinləşdirir.

Siyahının üçüncü pilləsində isə Qız bürcü yer alıb. Astroloqun sözlərinə görə, Qız bürcünün həddindən artıq detallara diqqət yetirməsi və mükəmməllik axtarışı münasibətlərdə davamlı tənqidə və anlaşılmazlıqlara səbəb ola bilir.

Qeyd edək ki, astroloji şərhlər elmi cəhətdən təsdiqlənmiş faktlara deyil, astroloji inanclara əsaslanır və insanların xarakterini və davranışlarını etibarlı şəkildə müəyyən etdiyini göstərən elmi sübut yoxdur. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO