Xəstəxanaların birləşdirilməsi səhiyyəyə nə VERƏCƏK? – Professordan ŞƏRH

Xəstəxanaların birləşdirilməsi səhiyyəyə nə VERƏCƏK? – Professordan ŞƏRH

Hazırda oxunan: Xəstəxanaların birləşdirilməsi səhiyyəyə nə VERƏCƏK? – Professordan ŞƏRH

23899

Xəbər verildiyi kimi bəzi xəstəxanalar birləşdiriləcək. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov bildirib. O, Azərbaycanda tibb müəssisələrinin birləşdirilməsilə bağlı açıqlamasında bu addımı bir müəssisədə daha çox sayda tibbi xidmət göstərilməsinin təmin edilməsi baxımından əhəmiyyətli hesab edib. Vüqar Qurbanovun fikrincə, əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi baxımından bu birləşmələr labüddür.

Müstəqil tibb ekspertləri isə belə düşünmür.

Bəzi mütəxəssislər hesab edir ki, icbari tibbi sığortası olan ölkədə hər şəhərin, rayonunun və kəndin ayrı-ayrılıqda yüksək tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxanası olmalıdır. Xəstəxanaların birləşdirilməsi isə hansısa effekt verməyəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Ağciyər İnstitutunda maliyyə fırıldağı – COVID xəstələri ilə işləməyən həkimlərə MAAŞ yazılır - SƏSYAZISI


Mövzu ilə bağlı Bizim.Media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla tibb müəssisələrinin birləşdirilməsi addımını məqbul saymır:

“İcbari tibbi sığorta elə bir sistemdir ki, bu vətəndaşın birbaşa xeyrinə çalışan müdafiə təminatıdır. Nəinki xəstəxanaları birləşdirmək, əlavə xəstəxanalar yaratmaq lazımdır ki, hər yerdə, hər rayonda və kənddə insanların tibbi xidməti təmin oluna bilsin. Xəstəxanaların təchizatı da o cür aparılmalıdır. Neçə illərdir ki, xəstəxanaların maddi, texniki bazası guya möhkəmləndirilib. Görünən odur ki, dövlət mülkiyyətli xəstəxanalarda tibbi xidmətin təminatını lazımi səviyyədə aparmaq üçün avadanlıq çatışmır. Öncə bunları təmin etmək lazımdır. Xəstəxanaları birləşdirməklə nə olacaq? Yaxşı, iri bir struktur olsun. Bu, düzgün deyil. Əksinə hər rayonun öz icbari tibbi sığortası üçün xəstəxanası olmalıdır. Necə ki, Avropa ölkələrində bu şəkildə qurulub. Bizdə də o formada olmalıdır”, deyə professor əlavə edib.

Qeyd edək ki, son dəyişikliklə "M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” "Xüsusiləşdirilmiş Angioloji Mərkəz”in ona birləşdirilməsi, eləcə də "K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu” "Uşaq Nevroloji Xəstəxanası” və "6 nömrəli Uşaq Klinik Xəstəxanası”nın ona qoşulması ilə yenidən təşkil edilir.

Buna qədər isə "Kliniki Tibbi Mərkəz", Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası, 3 nömrəli Uşaq Xəstəxanası və "Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi”nin ona birləşdirilməsi yolu ilə yenidən təşkil olunub.

"Lökbatan Tibb Mərkəzi” 4 nömrəli Birləşmiş Uşaq Xəstəxanası ilə yenidən təşkil edilib

"Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası "Respublika Uşaq Klinik Xəstəxnaası” Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilib. "Nərimanov Tibb Mərkəzi” Publik Hüquqi Şəxs 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 8 nömrəli Şəhər Poliklinikası,18 nömrəli Şəhər Poliklinikası və 6 nömrəli Uşaq Poliklinikasının ona qoşulması yolu ilə fəaliyyət göstərəcək.

"Sabunçu Tibb Mərkəzi” 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası və "2 nömrəli Doğum Evinin ona qoşulması yolu ilə yenidən təşkil edilib. "Sumqayıt Tibb Mərkəzi” "1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası”  2 nömrəli Şəhər Xəstəxanası, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Sumqayıt Uşaq Xəstəxanasının ona birləşdirilməsi yolu ilə yenidən təşkil edilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO