Ali Məhkəmə Dürdanə Əliyeva barəsində son qərarını açıqladı

Ali Məhkəmə Dürdanə Əliyeva barəsində son qərarını açıqladı

Hazırda oxunan: Ali Məhkəmə Dürdanə Əliyeva barəsində son qərarını açıqladı
236817
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Slavyan Universitetinin korrupsiya cinayətlərində təqsirli bilinərək məhkum edilmiş şöbə müdiri Dürdanə Əliyevanın kassasiya şikayətinə baxılıb.

Bizim.Media xəbər verir ki, Ali Məhkəmə D.Əliyeva barəsində son qərarını açıqlayıb.

Məhkəmə xanım müttəhimin cinayətinə münasibətdə çıxarılmış əvvəlki qərarı qanunauyğun hesab edib. Bu əsasla hər hansı güzəşt tətbiq edilməyib.

Yekun qərarla Dürdanə Əliyeva haqda 6 il həbs cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, D.Əliyeva BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu vaxtlarda mənimsəmə və rüşvət alma yolu ilə 226 min manat ələ keçirməkdə ittiham edilib. Amma o, tələbələrdən aldığı pulları rektor Nurlana Əliyevaya verdiyini deyib. Rektor məhkəmədəki ifadəsində ittihamı təkzib edib. (Qafqazinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO