ADA Universitetindəki anım tədbiri şəhid övladlarının iştirakı ilə keçirildi - FOTO

ADA Universitetindəki anım tədbiri şəhid övladlarının iştirakı ilə keçirildi - FOTO

Hazırda oxunan: ADA Universitetindəki anım tədbiri şəhid övladlarının iştirakı ilə keçirildi - FOTO
236717
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ADA Universitetində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri İkinci Qarabağ müharibəsində canından keçmiş lənkəranlı şəhidlərin övladlarının iştirakı ilə baş tutub.

Bizim.Media xəbər verir ki, fevralın 26-da təşkil edilən tədbirdə Lənkəranda yerləşən Heydər Əliyev Mərkəzinin şəhid övladlarından ibarət musiqi qrupu, Cəfər Cabbarlı adına 1 nömrəli musiqi məktəbinin müəllim və şagirdləri, ADA Universitetinin professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Şəhid övladları “Mən şəhid övladıyam, Vətən əmanəti!” mövzusunda Xocalı faciəsinə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, eləcə də şəhidlərin ailə üzvləri çıxış edərək, Xocalı faciəsinin Azərbaycan tarixindəki izindən bəhs ediblər.

Çıxışçılar gəncləri inkişaf edərək, güclənərək, öz zəkaları və elmi nailiyyətləri ilə xalqımıza xidmət etməyə, bu yolla ölkəmizin keşiyində durmağa səsləyiblər.

ADA İbtidai Məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.

Anım mərasimi “Xocalı”, “Ey Vətən”, “Zəfər” və digər əsərlərin ifası ilə davam edib. Tədbir “Koroğlu” uvertürası fonunda Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən hər bir şəhidin ruhuna olan ehtiram nümayişi ilə başa çatıb.

ADA Universitetindəki anım tədbiri şəhid övladlarının iştirakı ilə keçirildi - FOTO - foto 1
ADA Universitetindəki anım tədbiri şəhid övladlarının iştirakı ilə keçirildi - FOTO - foto 2
ADA Universitetindəki anım tədbiri şəhid övladlarının iştirakı ilə keçirildi - FOTO - foto 3
ADA Universitetindəki anım tədbiri şəhid övladlarının iştirakı ilə keçirildi - FOTO - foto 4
ADA Universitetindəki anım tədbiri şəhid övladlarının iştirakı ilə keçirildi - FOTO - foto 5
ADA Universitetindəki anım tədbiri şəhid övladlarının iştirakı ilə keçirildi - FOTO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO