Əhalinin ərzaq və geyim xərcləri artıb

Əhalinin ərzaq və geyim xərcləri artıb

Hazırda oxunan: Əhalinin ərzaq və geyim xərcləri artıb

236025
Bu ilin yeddi ayında pərakəndə ticarət şəbəkələrində əhaliyə 10 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.xa0

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə 1,9 faiz üstələyib.xa0

Hesabat dövründə əhalinin qeyri-ərzaq məhsulları üzrə xərcləri isə 10,1 milyard manat olub. Bu kateqoriyada xərclər ötən ilin eyni ayları ilə müqayisədə 3,2 faiz artıb.xa0

Ümumilikdə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,6 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının payına düşüb. (oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO