Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları – SIYAHI

Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları – SIYAHI

Hazırda oxunan: Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları – SIYAHI
235506
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2024-cü ildə Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2023-cü illə müqayisədə real ifadədə 13.8% artaraq 1 milyard 696 milyon manat olub.

Bu barədə Bizim.Media Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
 

Qeyd olunub ki, ötən il kafe və restoranların ən yüksək dövriyyəsi Səbail rayonunda qeydə alınıb. Bu dövrdə Səbail rayonunda ictimai iaşə dövriyyəsinin dəyəri 547 milyon 944.1 min manat təşkil edib ki, bu 2023-cü illə müqayisədə 13.1% çoxdur.


Bu siyahıda ikinci yerdə Nərimanov rayonu gəlir. Belə ki, Nərimanovda ictimai iaşə dövriyyəsinin dəyəri 229 milyon 220.1 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2.4% çoxdur.

Üçüncü yerdə isə Nəsimi rayonu dayanır. Ötən il Nəsimidə ictimai iaşə dövriyyəsinin dəyəri 205 milyon 51 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 63.3% çoxdur.

Qeyd edək ki, kafe və restoranların dövriyyələrinin ən yüksək artım faizi Nəsimi ( 63.3% artım) və Pirallahı (15% artım) rayonlarında, azalma faizi isə Xəzər ( 1.3% azalma) rayonunda qeydə alınıb.

Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə ictimai iaşə dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb-azalma faizləri verilib:

Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları – SIYAHI - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO