Kəramətdən müxalifətə və deputatlara SƏRT SÖZLƏR

Hazırda oxunan: Kəramətdən müxalifətə və deputatlara SƏRT SÖZLƏR

23361

Bir neçə gündür xəstəxanaya yerləşdirilən yazıçı, jurnalist Kəramət Böyükçöl deyəsən diqqətsizlikdən hamıdan incik düşüb.

Yazıçı bu haqda Facebook səhifəsində fikirlərini sərt şəkildə bildirib. 

“Kənddə ağacın altına it bağlayırlar, yanından keçəndə qəfil hürüb cumur üstünə. Qaçmağa başlayanda görürsən ki, itin zəncirini o qədər uzun eləyiblər, kəndin axrına kimi düşür arxanca”.
 

MÖVZU İLƏ BAĞLI:

“Sağlamlığım kritik vəziyyətdədir” – Kəramət Böyükçöl xəstəliyindən danışdı


Son zamanlar Kəramətin bəzi müxalif liderləri barədə səsləndirdiyi fikirləri onu deyəsən yaman çıxılmaz vəziyyətlərə salıb.

Bu haqda sitəm edən gənc jurnalist fikirlərini postunda belə tamamlayır:

“Elə "müxalifətçi"lər var, onlara söz deyəndə adama elə yerdən zəng edirlər, istər-istəməz fikirləşirsən ki, görəsən, hökumət bunun zəncirini niyə bu qədər uzun eləyib?”

Lakin Kəramətin gileyli olduğu təkcə müxaliflər deyil, bəzi millət vəkilləri də var ki, yazıçı öz səhvini etiraf edərkən, onlara da “sataşıb”.

“İçki qədər adamın başını aşağı eləyən şey yoxdur. Lifçikdən çıxmış bülletenlə deputat olan adam da sənə məsləhət verir ki, niyə içirsən?”,- deyə, o, qeyd edib.

Xatırladaq ki, səhhətində ciddi problemlər yaranan Kəramət Böyükçöl hazırda xəstəxanada müalicə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO