Şabranda 25 yaşlı şəxsdə xeyli sayda silah-sursat AŞKARLANDI

Şabranda 25 yaşlı şəxsdə xeyli sayda silah-sursat AŞKARLANDI

Hazırda oxunan: Şabranda 25 yaşlı şəxsdə xeyli sayda silah-sursat AŞKARLANDI
232512
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini Qubad İslamov saxlanılıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Onun yaşadığı evə baxış zamanı 1 ədəd pnevmatik tapança, 1 ədəd qumbara, 130 ədəd patron, 9 ədəd bıçaq, patron doldurucu, 2 ədəd plastik qabda qırma, gözyaşardıcı qumbaraya aid 48 ədəd sarı kütlə, 3 ədəd portativ qızdırıcı şam aşkarlanaraq götürülüb.

Həmçinin, polis əməkdaşları xidmətlə olarkən yol kənarından 1 ədəd avtomat silah, 1 ədəd patron darağı və 20 ədəd patron aşkar ediblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO