FAKTİKİ HAVA: Yardımlıya qar yağıb

FAKTİKİ HAVA: Yardımlıya qar yağıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Yardımlıya qar yağıb
231873
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəran-Astara bölgəsində yağıntılar intensiv olub, Yardımlıya qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı keçib.
 

Belə ki, düşən yağıntının miqdarı Astarada 19, Lənkəranda 13, Lerikdə 7, Gəncə, Naftalan, Şabran, Tərtər, Bərdə, Yevlax, Mingəçevir, İmişli, Biləsuvarda 5 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm olub.


Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Yevlax, Göyçay, Lerik, Sumqayıt, Maştağada duman müşahidə olunub.

Dumanda görünüş 200-700 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR 8, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO