Fərqanə Qasımova və digər tanınmışları aldadıb pul alanlar tutuldu - FOTO-VİDEO

Fərqanə Qasımova və digər tanınmışları aldadıb pul alanlar tutuldu - FOTO-VİDEO

Hazırda oxunan: Fərqanə Qasımova və digər tanınmışları aldadıb pul alanlar tutuldu - FOTO-VİDEO
231395
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Fərqanə Qasımova və digər tanınmış şəxslərə qarşı dələduzluq edən şəxsləri polis saxlayıb.

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə tanınmış şəxslərə onların profillərində olan dostlarının adından müraciət edərək pul istənilməsi və bu yolla kibertalama əməllərinin törədilməsi barədə polisə çoxsaylı şikayətlər daxil olub.

Bakı şəhəri ərazisində polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 40 yaşlı Eldəniz Mehrəliyev və 34 yaşlı Elnur Məmmədov saxlanılıblar.

Onların bu üsulla müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçirdikləri müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Fərqanə Qasımova və digər tanınmışları aldadıb pul alanlar tutuldu - FOTO-VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO