Xəstəxanada səs-küy salan həkim 100 manat CƏRİMƏLƏNDİ

Xəstəxanada səs-küy salan həkim 100 manat CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Xəstəxanada səs-küy salan həkim 100 manat CƏRİMƏLƏNDİ

230208

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkimi inzibati məsuliyyətə cəlb edilib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxananın həkim-stomatoloqu 1985-ci il təvəllüdlü Rəsul Kərimov (soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
 

Məlum olub ki, həkim iş vaxtı xəstəxananın mühafizəçisinə davranışları ilə bağlı söz atıb və aralarında münaqişə yaranıb. Münaqişə zamanı təhqiramiz ifadələr işlədilib.


Mühafizəçinin şikayəti əsasında stomatoloq barəsində tədbir görülüb və o saxlanılıb.

Saxlanılan həkim daha sonra Qəbələ Rayon Məhkəməsinə göndərilib. Məhkəmə onu 100 manat cərimə edərək sərbəst buraxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO