BDU-nun dosenti vəfat etdi - FOTO

BDU-nun dosenti vəfat etdi - FOTO

Hazırda oxunan: BDU-nun dosenti vəfat etdi - FOTO
229631
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti Gülxanım Vəliyeva vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, mərhum alim bu gün Buzovna qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, G.Vəliyeva bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
 

Xatırladaq ki, G.Vəliyeva 7 oktyabr 1944-cü ildə Bakı şəhərində anadan olub. 1968-1970-ci illərdə AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olub. 1970-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında müxtəlif vəzifələrdə (baş laborant, müəllim, baş müəllim, dosent) çalışıb.


G.Vəliyeva 1984-cü ildə "Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, 1990-ci ildə isə dosent elmi adını alıb. Elə həmin ildən BDU-nun Türkologiya kafedrasının dosenti kimi fəaliyyət göstərib.

BDU-nun dosenti vəfat etdi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO