Azərbaycanda 55 yaşlı qadın 32 il sonra ana oldu – FOTO

Azərbaycanda 55 yaşlı qadın 32 il sonra ana oldu – FOTO

Hazırda oxunan: Azərbaycanda 55 yaşlı qadın 32 il sonra ana oldu – FOTO
229419
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda 55 yaşlı qadının 32 il sonra övladı olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib. 

Doğuş ötən il dekabrın 28-də qeydə alınıb. Masallı rayonundan olan qadın 32 il sonsuzluqdan sonra ekstrakorporal mayalanma hamiləlikdən paytaxtdakı özəl tibb müəssisələrinin birində qeysəriyyə əməliyyatı yolu ilə körpəsini dünyaya gətirib.  
 

2kq. 690 qram çəkidə olan oğlan uşağı dekabrın 30-da yenidoğulmuşun tənəffüs pozğunluğu sindromu diaqnozu ilə ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzə təxliyə olunub. 


Süni tənəffüs aparatına qoşulan körpənin tənəffüsü bərpa olunub və bu gün evə buraxılıb. 

Azərbaycanda 55 yaşlı qadın 32 il sonra ana oldu – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO