Ramazan ayı gəldiyindən oruc tutan insanlarımız imsak və iftar vaxtı oruclarını xurmayla açırlar. Ekspertlər bildirir ki, xurmanın insan orqanizmi üçün çox böyük xeyri var.xa0
Moderator.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, xurmadan təkcə ramazan ayında deyil, başqa vaxt da qidalanmaq lazımdır:
“Bildiyimiz kimi xurma əsasən ərəb ölkələrində çox geniş yayılmış bir meyvədir. Həm də onun saxlanma müddəti çox böyükdür. Bundan isə dini mərasimlərdə və səhrada qida mənbəyi kimi istifadə olunur. Xurma özünü sınamış meyvə sayılır. Bir çox meyvələr kimi, xurmanın da tərkibində insan orqanizmi üçün xeyrli olan mikroelementlər var. Amma heç bir qida, meyvə orqanizm üçün lazım olan bütün elementləri özündə birləşdirmir. Xurma da digər meyvələr kimi təkcə ramazan ayında deyil, başqa vaxt da qəbul edilə bilər. Xurmanın dini mərasimlərdə qəbul edilməsi bir ritual olaraq indiyə kimi qalıb. Oruc açan zaman xurmadan istifadə olunması elə də mühüm deyil”.xa0
Vasif Əlihüseyn











































































































