MEDİA-da Qazaxıstanla media savadlılığı və təcrübə mübadiləsi MÜZAKİRƏ EDİLDİ

MEDİA-da Qazaxıstanla media savadlılığı və təcrübə mübadiləsi MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: MEDİA-da Qazaxıstanla media savadlılığı və təcrübə mübadiləsi MÜZAKİRƏ EDİLDİ
225551
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 16-da Medianın İnkişafı Agentliyində (MEDİA) Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsinin nümayəndələri ilə görüş keçirilib.

MEDİA-dan Bizim.Media-ya bildirilib ki, görüş zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bu gündən etibarən başlayan “Media Savadlılığı” Həftəsi haqqında məlumat verərək həftənin cəmiyyətdə media savadlılığının artırılmasına, uğurlu beynəlxalq təcrübələrin öyrənilməsinə yönəldiyini vurğulayıb.
 

O, həmçinin həssas istifadəçi qrupu hesab olunan yeniyetmə və gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, eyni zamanda, məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliği məqsədilə bir sıra tədbir və layihələrin həyata keçiriləcəyini qeyd edib.


Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsinin direktor müavini Dmtriy Qoloburda isə “Media Savadlılığı” Həftəsinin məqsəd və əhəmiyyətini yüksək qiymətləndirərək informasiya bolluğu dövründə doğru məlumatın seçilməsi və yayılmasının vacibliyini vurğulayıb, hər iki ölkə arasında media sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması üçün birgə layihələrin həyata keçirilməsinin böyük önəm kəsb etdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO