Sabah Bakıda yeni katolik kilsəsinin təməli qoyulacaq – FOTO

Sabah Bakıda yeni katolik kilsəsinin təməli qoyulacaq – FOTO

Hazırda oxunan: Sabah Bakıda yeni katolik kilsəsinin təməli qoyulacaq – FOTO
225102
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabah Azərbaycanda yeni katolik kilsəsinin təməlqoyma mərasimi keçiriləcək.  

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanda Katolik kilsəsinin mətbuat xidməti məlumat verib. 

Yeni kilsə A.M. Şərifzadə küçəsində (“İdeal” şadlıq sarayının yanında) tikiləcək. 

Bununla bağlı dekabrın 14 də Vatikanın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Qallaher Azərbaycana səfər edəcək. 
 

“Dekabrın 14-də, saat 16:00-da, arxiyepiskop Qallaherin başçılığı ilə, müqəddəs II İoann Pavel kilsəsinin tikintisi üçün torpaq sahəsinin təqdis edilməsi liturgiyası və yeni məbədin təməl daşının qoyulması mərasimi keçiriləcək” - deyə məlumatda deyilir. 


Dekabrın 15-də saat 11:00-da, arxiyepiskop Qallaher Müqəddəs Məryəm kilsəsində Müqəddəs Messa ayininə başçılıq edəcək. 

Sabah Bakıda yeni katolik kilsəsinin təməli qoyulacaq – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO