Beynəlxalq Təhsil Mərkəzindən YENİ TƏKLİF – Gənclərin karyera imkanlarını genişləndirmək üçün MÜHÜM FÜRSƏT

Beynəlxalq Təhsil Mərkəzindən YENİ TƏKLİF – Gənclərin karyera imkanlarını genişləndirmək üçün MÜHÜM FÜRSƏT

Hazırda oxunan: Beynəlxalq Təhsil Mərkəzindən YENİ TƏKLİF – Gənclərin karyera imkanlarını genişləndirmək üçün MÜHÜM FÜRSƏT
224773
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq Təhsil Mərkəzi (BTM) gənclərin karyera planlaşdırılmasında strukturlaşdırılmış və effektiv yanaşmaların tətbiqini nəzərdə tutan layihə hazırlanmasını təklif edir.

Bizim.Media xəbər verir ki, BTM-in sədri Ramal Şəmşədli tərəfindən təklif olunan layihə beynəlxalq təcrübəni özündə əks etdirir.

Layihənin əsas hədəfi gənclərin təhsil aldıqları müddətdə öz maraqlarını, bacarıqlarını və əmək bazarının tələblərini düzgün başa düşərək gələcəklərini qurmasına kömək etməkdir. 

Layihədə məktəb və universitetlərdə Karyera Məsləhət və Dəstək Mərkəzlərinin yaradılması, praktiki təcrübə və şəbəkələşmə, mentorluq proqramlarının hazırlanması, işə hazırlıq seminarlarının təşkili kimi məsələlər öz əksini tapıb.

Bundan əlavə, gənclərin bacarıqlarını dəyərləndirmək üçün peşə testləri və maraqların qiymətləndirilməsi proqramlarının təşkili nəzərdə tutulur. Gənclərin karyera planlaşdırması üçün xüsusi onlayn platformaların yaradılması da layihədə öz əksini tapıb.

Şagird və tələbələrin əmək bazarı ilə bağlı dəqiq məlumatlara yiyələnməsi üçün layihə çərçivəsində əmək yarmarkalarının, biznes planlaşdırma təlimlərinin təşkili nəzərdə tutulub. Eyni zamanda gənclərin karyera imkanlarını genişləndirmək üçün rəqəmsal alətlərdən istifadə olunması və bu prosesdə valideynlərin rolunun gücləndirilməsi üçün maarifləndirici görüşlərin keçirilməsi layihədə öz əksini tapıb.

Bu yanaşmalar gənclərin daha məqsədli və hazırlıqlı şəkildə karyera seçimlərini etməsinə kömək etmək məqsədi daşıyır.Məktəblər və universitetlər isə belə tədbirlər vasitəsilə təhsil verməklə yanaşı, eyni zamanda gələcək liderlərin inkişafına da şərait yaradacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO