Qərbi Kaspi Universitetində elmi-praktik konfrans keçirilib

Qərbi Kaspi Universitetində elmi-praktik konfrans keçirilib

Hazırda oxunan: Qərbi Kaspi Universitetində elmi-praktik konfrans keçirilib
224398
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qərbi Kaspi Universitetində Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tələbə Elmi-Praktik Respublika konfransı keçirilib.

Moderator.az xəbər verir ki, konfransda Heydər Əliyev irsi və müasir Azərbaycan fəlsəfəsi, daxili və xarici siyasəti, milli-mənəvi dəyərlər, enerji strategiyası, elm, təhsil, mədəniyyət və digər mövzularında məruzələr dinlənilib. Konfransda BDU, ADPU, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıtxa0 Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və b. ali təhsil ocaqlarından tələbə və magistrlar iştirak ediblər.

Açılış tədbirində çıxış edən universitetin rektoru Andris Leitas qeyd edib ki, H. Əliyev Azərbaycanın və regionun taleyindəki əhəmiyyətli roluna, xidmətlərinə görə bütün dünyada rəğbət bəslənən siyasətçilərdən biridir: “Mən Azərbaycandan 3000 km uzaqlıqda yerləşən ölkədən – Latviyadanam. Bildirim ki, bizim ölkədə də Heydər Əliyevi tanıyır və böyük ehtiramla yanaşırdılar. Bu gün Azərbaycan həqiqətən də yüksək inkişaf səviyyəsi əldə etmiş bir ölkədir. Bu tərəqqi həm də dahi siyasətçinin xidmətlərinin nəticəsidir”.

Rektor konfrans iştirakçılarına Qərbi Kaspi Universitetinin fəaliyyəti barədə də məlumat verərək bu təhsil ocağının müstəqil Azərbaycanla bərabər addımladığını və bu illər ərzində ölkəmizin təhsil uğurlarını zənginləşdirən mühüm nailiyyətlər əldə etdiyini, savadlı, intellektual, milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda tolerant gənc nəsilin yetişməsinə töhvələr verdiyini qeyd edib.

Sonra AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramun, Qərbi Kaspi Universitetinin fəxri professoru Fikrət Sadıxovun, universitetin “İctimai elmlər” kafedrasının müdiri, dosent Ağa Mirələmin və başqalarının məruzələri dinlənilib.

Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Konfrans bölmə iclaslarında işini davam etdirib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO