Mərkəzi Nəbatat Bağına yeni 116 növdə bitki GƏTİRİLİB – Laboratoriya müdiri

Mərkəzi Nəbatat Bağına yeni 116 növdə bitki GƏTİRİLİB – Laboratoriya müdiri

Hazırda oxunan: Mərkəzi Nəbatat Bağına yeni 116 növdə bitki GƏTİRİLİB – Laboratoriya müdiri

223872

“Abadlaşdırma çərçivəsində Mərkəzi Nəbatat Bağına onminlərlə bitkilər intraduksiya olunub.

Əvvəllər burada 1500 bitki növü mövcud idisə və o bitki növünün ümümi ədəd sayı 50 minə yaxın idisə, indi 160 növdə yeni bitki gətirilib. Bunlar həmçinin abadlıq, quruculuq işləri çərçivəsində, eyni zamanda Mərkəzi Nəbatat Bağının əməkdaşlarının ezamiyyə yolu ilə gətirdiyi bitkilərdir”.


Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Nəbatat Bağın “Oduncaqlı bitkilər” labaratoriyasının müdiri Asif Mehraliyev mətbuat nümayəndələri üçün Mərkəzi Nəbatat Bağına təşkil edilən mediatur zamanı deyib. Onun sözlərinə yeni gətirilən bitki növləri artıq Abşeronun torpağına adaptasiya olunub:


“Bioloqlar yaxşı bilir, 1 və ya 2 il ərzində belə kiçik bir əraziyə 116 növün intraduksiyası çox böyük bir rəqəmdir. Bu növlərin bir hissəsi dünya florasından – Türkiyə və İtaliyadan gətirilmiş növlərdir. Bir hissəsi isə Azərbaycanın özünün təbii florasından intraduksiya olunub.

Növlər bardürlərdə əkilib və bağbanlarımız tərəfindən onlara qulluq olunur”.

Xatırladaq ki, Mərkəzi Nəbatat Bağının açılışı noyabrın 28-də baş tutub. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO