Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbi Milli Qəhrəman Natiq Qasımovun adını daşıyacaq. Bu barədə Baş nazir Əli Əsədov qərar verib.
Natiq Qasımov 1991-ci ildə yaradılan “Qaradağ şahinləri” taborunun könüllü əsgəri olub.
O, Xocalı rayonu, Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 hərbçi yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına savaşı davam etdirib. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.
Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.
Natiq Qasımovun qəhrəmanlığı və şücaətini həzm edə bilməyən erməni səhra komandiri Vitali Balasanyan ona şəxsən müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır işgəncələr verib və qətlə yetirib.
Prezident İlham Əliyevin 25 may 2024-cü ildə imzaladığı Sərəncamla Natiq Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Bizim.Media xəbər verir ki, AzTV sözügedən məktəbdən reportaj hazırlayıb.
Bildirilib ki, Natiq Qasımov məhz bu məktəbdə təhsil alıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:10 / 30.11.2024
Natiq Qasımov elə həmin məktəbdə oxuyub – VİDEO
Hazırda oxunan: Natiq Qasımov elə həmin məktəbdə oxuyub – VİDEO
Hazırda oxunan: Natiq Qasımov elə həmin məktəbdə oxuyub – VİDEO
223064
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.